• Bakı 25° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

TBMM sədri normallaşmadan danışdı

SİYASƏT

24 Iyun 2026 | 11:27 | Müəllif: Əli Hüseynov

TBMM sədri normallaşmadan danışdı

Türkiyə ABŞ-İran danışıqlarında müsbət mərhələni məmnunluqla qarşılayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılışında deyib.

    “Ümid edirik ki, əldə olunmuş razılaşmaya sonadək sadiq qalınacaq, danışıqlar sonadək müsbət məcrada davam edəcək və nəhayət, İrana qarşı ABŞ və İsrail tərəfindən başladılan bu müharibə dayandırılaraq, tam mənada sülh mühiti təmin olunacaq”, - TBMM sədri qeyd edib.

    O, ABŞ-la İran arasında aparılan danışıqların mühüm tərkib hissələrindən biri hesab edilən Livanda İsrail hərbi əməliyyatlarının dayandırılmasının da həyati əhəmiyyət daşıdığını vurğulayıb. “Livan livanlılarındır. Fələstin fələstinlilərindir. Bu ölkələr üzərində İsrailin heç vaxt haqqı olmayıb və bundan sonra da olmayacaq”.

    Numan Kurtulmuş Türkiyənin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini dəstəklədiyini və bu prosesin davamlı sülhlə nəticələnəcəyinə ümid etdiyini deyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Oktyabr 2026