• Bakı 24° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Lavrov: Rusiya İran ətrafındakı böhranın həllini dəstəkləməyə hazırdır

SİYASƏT

24 Iyun 2026 | 15:23

Lavrov: Rusiya İran ətrafındakı böhranın həllini dəstəkləməyə hazırdır

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında Rusiyanın İran ətrafındakı böhranın həllini dəstəkləməyə hazır olduğunu bildirib və Rusiyanın Fars körfəzi üçün təhlükəsizlik konsepsiyasının hazırlanması təşəbbüsünü xatırladıb. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən açıqlamaya görə, Lavrov silahlı qarşıdurmanın təkrarlanmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

"Moskva münaqişənin diplomatik yolla həllinə davam edən sadiqliyi,İranın və qonşularının qanuni maraqlarını nəzərə alaraq regionda vəziyyətin uzunmüddətli sabitləşməsini təmin edəcək həll yollarının axtarışını  alqışlayır", - deyə nazir vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR