• Bakı 15° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

HADİSƏ

03 Sentyabr 2025 | 23:11

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Köhnə Bakı–Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata görə, iki minik və bir yük avtomobilinin toqquşması ilə nəticələnən qəzada bir nəfər həyatını itirib.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların hamısının Cəlilabad rayon sakinləri olduğu bildirilir.

Hadisənin təfərrüatları araşdırılır.


SON XƏBƏRLƏR

19 Oktyabr 2025
18 Oktyabr 2025