ABŞ administrasiyası Rusiyanın 5 milyard dollaradək aktivini dondurub.
Bakıvaxtı.az xəbər verir ki, bu rəqəmi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
"ABŞ-da dondurulmuş vəsaitlərə gəldikdə, dəqiq məbləği açıqlamayacağam, amma deyəcəyəm ki, bu, 5 milyard dollardan bir qədər azdır", - deyə Peskov brifinqdə bildirib.
Vladimir Putinin ABŞ nümayəndələri Stiv Uitkof və Cared Kuşnerlə görüşünün mövzularından biri ABŞ-da dondurulmuş Rusiya aktivlərinin istifadəsi olub. Prezidentin köməkçisi Yuri Uşakovun sözlərinə görə, ölkə Qəzza Sülh Şurasına 1 milyard dollar ianə etməyə hazırdır, qalan hissəsi isə Ukraynadakı münaqişə zamanı zərər çəkmiş ərazilərin bərpasına ayrılacaq. Söhbət Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən gedir./Modern.az
Bakı 




