• Bakı C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Araqçi və Qrossi: ABŞ-la irəliləyiş üçün dialoq vacibdir

DÜNYA

22 Fevral 2026 | 11:33

Araqçi və Qrossi: ABŞ-la irəliləyiş üçün dialoq vacibdir

İranın xarici işlər naziri Abbas Araghchi və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi telefon danışığı zamanı Tehranın və Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı apardığı danışıqların irəliləməsi üçün dialoqun əhəmiyyətini qeyd ediblər.

Bakıvaxtı.az xəbər verir ki, İranın IRNA agentliyinin yaydığı bəyanata görə, Araqçi və Qrossi “İran və ABŞ arasında dolayı danışıqlarla bağlı son hadisələri” müzakirə ediblər.

Bəyanatda bildirilir ki, tərəflər həmçinin konstruktiv əməkdaşlığın və danışıqlar prosesini irəli aparmaq, davamlı qarşılıqlı anlaşmaya nail olmaq üçün dialoqdan istifadənin vacibliyini vurğulayıblar.


SON XƏBƏRLƏR

21 Fevral 2026