• Bakı 12° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Ərdəbildə minlərlə insan ayağa qalxdı

DÜNYA

24 Mart 2026 | 09:37

Ərdəbildə minlərlə insan ayağa qalxdı

Ərdəbil şəhərində gecə saatlarında ABŞ-yə qarşı kütləvi etiraz aksiyası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhər küçələrinə axışan minlərlə insan İran bayraqları ilə yürüş edərək rəsmi Tehrana dəstəklərini nümayiş etdirib.

Məlumata görə, aksiya iştirakçıları ABŞ-nin İrana qarşı endirdiyi zərbələrə etiraz edib, Vaşinqtona qarşı sərt şüarlar səsləndiriblər. Nümayişçilər ölkənin bu gərgin mərhələdə tək olmadığını bildirərək İran dövlətinin yanında olduqlarını vurğulayıblar. 

Gecə saatlarında keçirilən mitinq zamanı şəhərdə həm gərgin, həm də həmrəylik ab-havasının hökm sürdüyü qeyd olunur. Küçələrdə toplaşan insanlar ABŞ-nin hərbi siyasətinə qarşı açıq mövqe sərgiləyib, baş verən hadisələr fonunda milli birliyin vacibliyini ön plana çıxarıblar.

Ərdəbildə baş tutan bu aksiya İran daxilində anti-Amerika ovqatının daha da gücləndiyini göstərən növbəti kütləvi etiraz kimi qiymətləndirilir. /Musavat.com 


SON XƏBƏRLƏR

23 Mart 2026