Venesuelanın sabiq prezidenti Nikolas Maduro Nyu-York həbsxanasında hər gün idman edir.
Bakıvaxtı.az "LeFigaro.fr" ə istinadən xəbər verir ki, bu barədə Karakasda ABŞ-nin ölkəyə qarşı sanksiyalarının tamamilə ləğvi və devrilmiş prezidentin azadlığa buraxılması tələbi ilə keçirilən yürüş zamanı oğlu “Nikolassito” (Kiçik Nikolas) kimi tanınan konqresmen Nikolas Maduro
Querra bildirib. O qeyd edib ki, biz hər gün idman edən arıq, idmançı bir prezident görəcəyik:
"Bu gün səfərbərlik edirik, çünki ABŞ-də girov saxlanılan prezident Nikolas Maduro və Siliya Floresin dinləməsidir və biz onların azad edilməsini tələb edirik”.
Konqresmen hökumətyönlü "Telesur"kanalına verdiyi açıqlamada əlavə edib ki, onlar çox yaxşı iş görürlər, güclüdürlər, çox yaxşı, çox enerjili, çox gücə malikdirlər. Maduro Guerra atasının onun məsumluğunu sübut edəcəyinə əmin olduğunu bildirib.
O qeyd edib ki, antisanitariya şəraiti və pis idarəçiliyi ilə tanınan federal həbsxana olan Bruklindəki Metropolitan Saxlama Mərkəzində (MDC) həbsdə olan Nikolas Maduro, internetə və qəzetlərə çıxışı olmayan tək kameradadır.
Qeyd edək ki, 63 yaşlı Maduro və 69 yaşlı birinci xanım Siliya Flores 3 yanvarda ABŞ ordusu tərəfindən Karakasda keçirilən dramatik ABŞ hərbi əməliyyatından sonra tutulublar. Onlar cümə axşamı federal məhkəmədə ikinci dəfə çıxış edəcəklər. Nikolas Maduro beynəlxalq narkotik qaçaqmalçılığına kömək etməkdə ittiham olunur.
Aydın Baxış
Bakı 




