İsrailin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə pilotsuz təyyarə ilə zərbə endirilib.
Bakıvaxtı.az WAFA agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində bir fələstinli həlak olub, üç nəfər yaralanıb.
Hücum Xan Yunisin Əl-Məslah ərazisində həyata keçirilib. Məlumata görə, həlak olan şəxsin adı Yəhya Əbu Şəlhubdur.
İsrailin atəşkəsə baxmayaraq Qəzzanın müxtəlif bölgələrinə hücumları davam etdirdiyini bildirir.
Əli Hüseynov
Bakı 




