q
  • Bakı 12° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Ukrayna Samara və Nijni Novqorodu vurdu

DÜNYA

23 Aprel 2026 | 10:09

Ukrayna Samara və Nijni Novqorodu vurdu

Ukraynanın müdafiə qüvvələri aprelin 23-nə keçən gecə Samarada neft emalı zavoduna (NEZ) və Nijni Novqorod vilayətindəki "Qorki" nasos-kompressor stansiyasına zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib.

Öz növbəsində, Rusiyanın Novokuybyşevsk şəhərinin qubernatoru Vyaçeslav Fedorişev Ukrayna dronlarının sənaye müəssisələrinə hücumu barədə məlumat verib.

"Ukrayna pilotsuz uçuş aparatlarının regionumuza hücumu davam edir. Novokuybyşevskdə sənaye müəssisələrinə zərbə nəticəsində xəsarət alanlar var. Bir nəfər həlak olub", – o bəyan edib.


SON XƏBƏRLƏR

22 Aprel 2026