• Bakı C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Yeni marşrut, yeni gəlirlər: Azərbaycan regional logistik mərkəzə çevrilir

İQTİSADİYYAT

23 Yanvar 2026 | 12:15

Yeni marşrut, yeni gəlirlər: Azərbaycan regional logistik mərkəzə çevrilir

Yeni tranzit marşrutlarının açılması, xüsusilə də “Tramp marşrutu” ilə bağlı müzakirələr Azərbaycan kontekstində bu təşəbbüsün hansı iqtisadi və strateji maraqlara xidmət etdiyini ön plana çıxarır. Marşrutun reallaşması Azərbaycanın tranzit ölkə kimi mövqeyinin möhkəmlənməsi, yükdaşımalar üzrə gəlirlərin artması və ölkənin regional logistika mərkəzinə çevrilməsi perspektivlərini gündəmə gətirir. 

Bu kontekstdə “Tramp marşrutu”nun Azərbaycan üçün əsas biznes maraqları nələrdir?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Tramp marşrutunun açılması Azərbaycan üçün mühüm logistik üstünlüklər yaradır və bu, ölkənin tranzit gəlirlərinin artması baxımından müsbət addım hesab olunur. 

N.Cəfərli hesab edir ki, söhbət təkcə iqtisadi imkanlardan yox, eyni zamanda əlavə tranzit gəlirlərindən gedir:

“Tranzit gəlirlərin məntiqi ondan ibarətdir ki, yüklər ölkə ərazisindən nə qədər uzun məsafə keçərsə, ödəniş də bir o qədər yüksək olur”.

Natiq Cəfərli: Tramp marşrutunun açılması ölkənin tranzit gəlirlərinin artması baxımından müsbət addım hesab olunur

Müsahibimiz qeyd edir ki, bu marşrut üzrə məsafə baxımından ən uzun keçidlərdən biri məhz Azərbaycanın payına düşür. Bakı limanından çıxan qatarlar marşrut üzrə Naxçıvana, oradan Türkiyəyə və daha sonra dünya bazarlarına çıxış əldə edərsə, bu, Azərbaycana əlavə tranzit gəlirləri qazandıracaq. Lakin bu, məsələnin yalnız ikinci tərəfidir:

“Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan beynəlxalq yükdaşımalar üçün regional huba, yəni beynəlxalq mal paylayıcı mərkəzlərdən birinə çevrilə bilər. Əgər bu istiqamətdə vaxtında və ciddi hazırlıq görülərsə, bu status ölkəyə çox böyük iqtisadi üstünlüklər qazandıra bilər”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR