• Bakı 23° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Yanvarda 18 milyon tondan çox yük daşınıb

İQTİSADİYYAT

21 Fevral 2026 | 15:33

Yanvarda 18 milyon tondan çox yük daşınıb

Bu ilin yanvar ayında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 18,3 milyon ton yük daşıyıb.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə 0,1 milyon ton və ya 0,5 % azdır.

Hesabat dövründə nəqliyyatçılar 167,8 milyon sərnişinə xidmət göstəriblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 milyon sərnişin və ya 6,7 % çoxdur.

Yanvarda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,9 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78 % təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026