Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə İş Adamları Konfederasiyasının (TÜGİK) 7-ci Fövqəladə Ümumi Məclisində çıxış edib.
Bakıvaxtı.az-ın TRT-yə istinadən məlumatına görə, o bildirib ki, son 25 ildə millətin dəstəyi ilə Türkiyəni hər sahədə yüksəldiblər və iqtisadi maneələri aradan qaldırıblar.
Ərdoğan TÜGİK-in gənc sahibkarlara dəstək verdiyini və məşğulluğu artırdığını vurğulayıb. Prezident müdafiə sənayesi və "Togg" milli elektrik avtomobilinin ixracında böyük uğurlar qazandıqlarını bildirib.
O əlavə edib ki, Türkiyə iqtisadiyyatı 2025-ci ilin üçüncü rübündə 3,7 faiz böyüyərək OECD ölkələri arasında üçüncü yerdədir və işsizlik tək rəqəmli səviyyədədir.
Əli Hüseynov
Bakı 




