ABŞ-nin vitse-prezidenti J.D. Vens Avropa ölkələrini sərt tənqid edərək, onların "sivilizasiyanın intiharı" istiqamətində irəlilədiklərini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Avropa, şübhəsiz ki, bu yoldadır. Xoşbəxtlikdən, hələ ora çatmayıb, amma artıq sivilizasiyanın intiharı yolundadırlar", - Vens deyib.
Vitse-prezident qeyd edib ki, Tramp administrasiyasının Avropaya qarşı tənqidi onun siyasi, iqtisadi və hərbi cəhətdən gücləndirilməsi istəyindən irəli gəlir.
"Bizi ortaq sivilizasiya irsi birləşdirir. İqtisadiyyatı çökdürə bilmərik. NATO-dan niyə narahatıq? Çünki Avropanın hücum halında özünü müdafiə edə bilməsini istəyirik. Biz Avropanı həqiqətən sevirik", - deyə o bildirib.
Aynur Babazadə
Bakı 




