• Bakı 12° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Trampdan "Netflix"ə ÇAĞIRIŞ: ... işdən çıxarılmalıdır, yoxsa...

DÜNYA

22 Fevral 2026 | 07:27 | Müəllif: Qalib İbrahimoğlu

Trampdan "Netflix"ə ÇAĞIRIŞ: ... işdən çıxarılmalıdır, yoxsa...

ABŞ prezidenti Donald Tramp "Netflix" şirkətini direktorlar şurasının üzvü, Barak Obama administrasiyasında milli təhlükəsizlik üzrə sabiq müşavir olmuş Syuzan Raysı vəzifəsindən azad etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Tramp vurğulayıb ki, “Netflix" ona qarşı mübarizəyə aludə olmuş Syuzan Raysı mütləq işdən çıxarmalıdır.

Onun  sözlərinə görə, Rays öz vəzifəsində qalsa, şirkət fəsadlarla üzləşə bilər.

"Netflix" irqçi, Tramp əleyhinə olan Syuzan Raysı dərhal işdən çıxarmalıdır, yoxsa onlar fəsadlarla üzləşəcəklər", - Tramp yazıb.

Ağ Evin sahibi qeyd edib ki, onun heç bir istedadı və ya bacarığı yoxdur:

"Onun gücü yoxa çıxıb və heç vaxt geri qayıtmayacaq. Ona nə qədər pul ödənilib və nə üçün".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026