• Bakı 26° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bu gün ay "gülümsəyəcək"

CƏMİYYƏT

23 Yanvar 2026 | 14:04

Bu gün ay "gülümsəyəcək"

Bu gün Ay, Saturn və Neptunun nadir “üçlü birləşməsi” səmada gülüşə bənzər görüntü yaradacaq.

Bakıvaxtı.az xəbər verir ki, artan aypara təbəssümün “ağzını”, iki planet isə “gözlərini” xatırladacaq.

Məlumata görə, düzülüş gün batandan sonra qərb üfüqünə yaxın görünəcək və Ayla Saturn çılpaq gözlə seçiləcək.

Neptunu görmək üçün isə durbin və ya teleskopdan istifadə edilməlidir.

Astronomiya həvəskarları üçün bu unikal mənzərə ideal müşahidə və astrofotoqrafiya imkanı təqdim edir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026