• Bakı 25° C

    10.83 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Hüseyn Məhəmmədoğlu prezidentə müraciət edib - VİDEO

CƏMİYYƏT

22 Fevral 2026 | 10:44

Hüseyn Məhəmmədoğlu prezidentə müraciət edib - VİDEO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu televiziyalarda yayımlanan şou verilişləri ilə bağlı prezidentə müraciət edib.

Bakıvaxtı.az-ın məlumatına görə, o bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Klarnet ifaçısı bildirib ki, bu günə qədər nə şəraitinə, nə fəxri ada, nə də başqa bir şey üçün ölkə başçısına müraciət etməsə də, hazırda buna məcburdur:

“Efirlərdə olan bugünkü vəziyyət bizi uçuruma aparır. Buna bizim xalqımız, qonşu xalqlarımız, sənət adamları da baxırlar. Çox hörmətli cənab prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva və mədəniyyət naziri Adil Kərimliyə müraciət edirəm”.

O əlavə edib ki, efirlərimizdə olan biabırçılıqlara çarə tapılması üçün xahiş edir:

“Bütün Azərbaycan sənətkarları artıq beziblər…”

 

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026