• Bakı 21° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

"II Qaregin artıq katolikos deyil"

DÜNYA

23 Yanvar 2026 | 12:26

II Qaregin artıq katolikos deyil

“II Qaregin artıq bütün ermənilərin katolikosu deyil, könüllü şəkildə getməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.

“Hazırda Ermənistanın hazırda katolikosu yoxdur. Ktriç Nersisyan (II Qaregin) bu postu qanunsuz şəkildə tutub”, - o bildirib.

Koncoryan II Qareginin xarici qüvvələr (Rusiya) tərəfindən idarə olunduğunu vurğulayıb.

“2021-ci il seçkilərindən sonra Ktriç Nersisyan başını yerə soxmalı, taxtı tərk etməli və getməli idi. O zaman Baş nazir Nikol Paşinyanın istefasını tələb edirdi, xalq isə ona ağır zərbə vurdu. Xalq seçkilərdə bəyan etdi ki, Ktriç Nersisyanın sözlərinin heç bir dəyəri yoxdur”, - hakim komdanın üzvü əlavə edib./Teleqraf 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Iyun 2026