• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Əraqçi Zelenskini "təlxək" adlandırdı

DÜNYA

23 Yanvar 2026 | 14:11 | Müəllif: Əli Hüseynov

Əraqçi Zelenskini "təlxək" adlandırdı

İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edib.

Bakıvaxtı.az İran KİV-ə istinadla xəbər verir ki, nazir onun İrandakı etirazlarla bağlı fikirlərini çaşqın təlxək sözləri adlandırıb.

Əraqçi bildirib ki, iranlılar özlərini müdafiə etməyi bacarır və xarici güclərdən yardım istəmirlər.

O, Ukrayna rəhbərliyinin ABŞ və Avropadan aldığı maliyyə dəstəyi ilə varlandığını da iddia edib.

Qeyd edək ki, Zelenski Davosdakı çıxışında İran xalqının kifayət qədər dəstək görmədiyini və Qərbin mövqeyini gözlədiyini demişdi.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026