İsrail ordusu Qəzza zolağının müxtəlif ərazilərini artilleriya atəşinə məruz qoyub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, Qəzza şəhəri, Rəfahın şimal hissələri və Xan Yunisin şərq bölgələri atəş altına düşüb.
Hücumlar nəticəsində ölən və yaralananlarla bağlı məlumat hələlik açıqlanmayıb.
Qeyd edək ki, atəşkəs rejiminə baxmayaraq, 2025-ci il oktyabrın 10-dan bu yana İsrail ordusunun hücumları nəticəsində yüzlərlə fələstinlinin öldürüldüyü bildirilir.
Əli Hüseynov
Bakı 




