• Bakı C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı

CƏMİYYƏT

23 Yanvar 2026 | 15:42

Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı

Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun qaynı işdən çıxarılıb. 

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, Bəhman Hüseynli bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzindəki mütəxəssis vəzifəsindən ayrılıb. 

Bu barədə "Unikal"ın soruğuna cavab olaraq universitetdən bildirilib ki, sözügedən şəxs həqiqətən də 2025-ci il dekabr ayının 12-də öz ərizəsi ilə vəzifəsindən uzaqlaşıb. 

Qeyd edək ki, yanvar ayının 22-də Gəncə şəhər Məhkəməsində Kamran Əsədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məlum olub ki, K.Əsədovun qaynı Bəhman Hüseynli məhkəməyə getməməsi üçün şahidə təzyiq göstərirmiş. B.Hüseynli həm də Kamran Əsədovun köməkçisi olub. 

Onun şahidlərə hansı səbəbdən təsir etdiyi soruşulub, lakin B.Hüseynli hakimin sualına tam cavab verə bilməyib. 


SON XƏBƏRLƏR