• Bakı 26° C

    12.05 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

HƏMAS bütün girovları azad etməyə HAZIRDIR

DÜNYA

04 Sentyabr 2025 | 01:15

HƏMAS bütün girovları azad etməyə HAZIRDIR

HƏMAS hərəkatı anklavda İsraillə hərbi əməliyyatların tamamilə dayandırılmasını nəzərdə tutan hərtərəfli saziş çərçivəsində Qəzza zolağında saxlanılan bütün girovları azad etməyə hazır olduğunu bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın Teleqram kanalında yerləşdirilib.

"HƏMAS təsdiq edir ki, hərtərəfli razılaşmanın həyata keçirilməsi istiqamətində irəliləməyə hazırdır. Bu çərçivədə razılaşdırılmış sayda fələstinli məhbus müqabilində bütün girovlar azad ediləcək. Razılaşma həmçinin Qəzzada müharibənin dayandırılmasını və İsrail qoşunlarının oradan çıxarılmasını da əhatə etməlidir. Sazişin bağlanması ilə anklavla sərhəddəki bütün keçid məntəqələri öz işini bərpa etməli və onun yenidən qurulması işlərinə başlanmalıdır”, - deyə bildirilib.


SON XƏBƏRLƏR

03 Sentyabr 2025