• Bakı 24° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Xankəndidə traktorçunun evindən qumbaralar aşkarlandı

CƏMİYYƏT

03 Sentyabr 2025 | 19:08

Xankəndidə traktorçunun evindən qumbaralar aşkarlandı

Xankəndi şəhərində traktorçu işləyən 40 yaşlı kişinin evindən hərbi sursat aşkarlanıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, Saatlı rayon sakini, 1985-ci il təvəllüdlü Sakit Mahmudov (adı və soyadı şərtidir) işləmək üçün azad olunmuş əraziyə gedib. O, Xankəndi şəhərində tikinti-quruculuq işləri ilə məşğul olan şirkətdə traktorçu vəzifəsinə işə düzəlib və şəhər ərazisindəki mənzillərdən birində məskunlaşıb.

Bir müddət sonra o, traktorla qazıntı işləri apararkən oradan bir ədəd "RQD-5" tipli əl qumbarasının gövdəsini, iki ədəd "UZRQM" tipli "F-1", "RQD-5", "RQ-42" əl qumbaralarının partladıcısını, iki ədəd əl qumbarasının gövdəsi ilə iki ədəd "UZRQM" tipli alışdırıcı-partladıcı və bir ədəd "Kalaşnikov" avtomatının süngü bıçağını tapıb. O, həmin silah-sursatı polisə təhvil verməyib yaşadığı evə gətirib.

Polis əməkdaşları əməliyyat məlumatı əsasında S.Mahmudovun yaşadığı evə baxış keçirərkən oradan həmin sursatları aşkar ediblər.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Xankəndi Şəhər Məhkəməsinin hökmü ilə S.Mahmudov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


SON XƏBƏRLƏR