• Bakı 28° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Maksim Qalkini maşın VURDU

ŞOU

08 Avqust 2025 | 01:00

Maksim Qalkini maşın VURDU

Rusiyalı komediya aktyoru və teleaparıcı Maksim Qalkin (Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" elan olunub) Latviyanın Yurmal şəhərində velosiped gəzintisi zamanı avtomobil qəzasına düşüb.

Bakıvaxtı.az bildirir ki, hadisə bir neçə gün əvvəl baş verib. Qalkin velosipedlə hərəkətdə olarkən, onu yan tərəfdən "Volkswagen" markalı avtomobil vurub.

Nəticədə, sənətçi əlindən xəsarət alıb və qırılmış şüşə parçaları səbəbindən bədənində kəsiklər yaranıb. Bildirilir ki, sonuncu konsertində Maksim Qalkin səhnəyə əlində sarğı ilə çıxıb.

Qeyd edək ki, Maksim Qalkin hazırda 49 yaşındadır. O, son vaxtlar Latviya və digər Avropa ölkələrində yaşayır və fəaliyyət göstərir.

 


SON XƏBƏRLƏR

07 Avqust 2025