• Bakı 23° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

"Belə qadınlar dünyaya uşaq gətirməsin" - Nura Suri

ŞOU

06 Sentyabr 2025 | 23:34

Belə qadınlar dünyaya uşaq gətirməsin - Nura Suri

"Kənardan necə göründüyümü, haqqımda nə düşündüyünüzü bilmirəm. Amma mən 10 yaşına qədər Davidi ayağımda yellədib yatızdırmışam - kənd qadınları kimi".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri yazıb. İfaçı həyatından bəhs edib:

"19 yaşımda ana olmuşam və analıq hissini, məsuliyyətini ilk gündən dərk etmişəm. Konsertlərə, tədbirlərə uşağım qucağımda, səhnə arxasında süd verib sonra səhnəyə çıxmışam. İstirahətə də həmişə övladlarımla getmişəm. Düzdür, yanımda dayələr də olub, amma övladlarımı heç vaxt diqqətdən kənarda qoymamışam".

Nura qadınlara səslənərək bunları əlavə edib:

"Analıq məsuliyyətini anlamayan qadınlar dünyaya uşaq gətirməsinlər. Son zamanlar sosial şəbəkələrdə gördüyüm xəbərlər məni çox məyus edir. Valideynləri tərəfindən işgəncəyə məruz qalan, atılan, zorlanan uşaqları gördükdə uzun müddət özümə gələ bilmirəm".


SON XƏBƏRLƏR

06 Sentyabr 2025