Türk musiqisinin ən tanınmış simalarından olan Selami Şahin bədbəxt hadisə ilə üzləşib.
Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə onun yay tətilini keçirdiyi İzmirin turistik məkanı Çeşmədə baş verib. Belə ki, 77 yaşlı sənətçi müvazinətini itirərək yıxılıb. Nəticəsə sağ qolundan xəsarət alıb.
S.Şahin dərhal yaxınlıqdakı tibb müəssisəsinə aparılıb və ona ilkin tibbi yardım göstərilib. Müayinə zamanı sağ qolunda ağrı və həssaslıq olduğu üçün rentgen çəkilib. Sənətçinin qolunda heç bir sınıq və ya çıxıq olmadığını müəyyən olunub.
Həkimlər ciddi problem olmadığını, ancaq qolunun zədələndiyini bildiriblər.
Nərgiz