• Bakı 16° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Rusiya Hüseyn Həsənovu AXTARIŞA VERDİ

ŞOU

14 May 2025 | 19:32

Rusiya Hüseyn Həsənovu AXTARIŞA VERDİ

Milyonçu bloger Hüseyn Həsənov çirkli pulların yuyulması maddəsi ilə açılan cinayət işi çərçivəsində axtarışa verilib.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, o qiyabi həbs edilib. Hüseyni 7 ilə qədər həbs gözləyir.

Azərbaycanlı blogerə qarşı 174-cü maddənin 4-cü hissəsi - xüsusilə irimiqyaslı pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə cinayət işi açılıb. İş 23 aprel 2025-ci ildə Çertanovski Məhkəməsinə daxil olub, ona baxılıb və qərar qəbul edilib. Bloger barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, hazırda o, axtarışdadır.  

2024-cü ildən Hüseynin özü Rusiyada yaşamır; bəzi məlumatlara görə, o, Azərbaycana gəlib. 2024-cü ilin iyununda Moskva Federal Vergi Xidməti Həsənova qarşı 145 milyon rubl borcuna görə iddia qaldırıb. Daha sonra onun restoranlar və yeməklərin çatdırılması ilə məşğul olan şirkətlərinin hesabları bloklanıb.


SON XƏBƏRLƏR