• Bakı 15° C

    14.3 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Damladan oğlu ilə bağlı PAYLAŞIM

ŞOU

14 May 2025 | 09:57

Damladan oğlu ilə bağlı PAYLAŞIM

Müğənni Damla ABŞ-də təhsil alan oğlu ilə fotosunu yayımlayıb. 

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, şəkil Azərbaycanda hava limanında lentə alınıb. İfaçı oğlunu yola saldığı an çəkilən şəkli izləyiciləri ilə bölüşüb. 

Qeyd edək ki, Damla ABŞ vizası ala və oğlunu görməyə gedə bilmədiyini açıqlayıb. O bildirib ki, Amerika vizasına qadağa qoyulub:

"Amerikada yaşayan həmyerlilərimiz biləndə ki, oğlum orada universitetə qəbul olub fikirləşiblər ki, mənim də vizam var və orada Novruz bayramı ərəfəsində konsert verim. Sənədlərimi hazırladım və müsbət cavab gəldi. Dedilər ki, 3 gün gözləyin. Həmin ərəfədə təşkilatçılar afişa hazırladılar.  Xəbərim olmadan bilet satışı başlayıblar. Heç nəyin üstündə səfirlikdən zəng gəldi. Gedəndə səfir konsert afişasını göstərdi ki, bizi aldadırsınız, konsert verməyə gedirsiniz. And içdim ki, övladımın yanına gedirəm. Necə olub onlara göndərilib, bilmirəm".

Damla 2024-cü ilin əvvəlindən övladını görməyə gedə bilmədiyini açıqlayıb. 


SON XƏBƏRLƏR