• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Fransada bir neçə həbsxanaya hücum olub

DÜNYA

15 Aprel 2025 | 15:25

Fransada bir neçə həbsxanaya hücum olub

Aprelin 15-nə keçən gecə Fransada bir neçə həbsxana hücuma məruz qalıb.

Bakıvaxtı.az  “Reuters” agentliyinə istinadən xəbər verir ki, Fransanın cənubunda yerləşən Tulon, Eks-an-Provans, Marsel, Valans və Nim, həmçinin Parisin yaxınlığındakı Vilpent və Nanter həbsxanaları hücuma məruz qalıb.

Naməlum şəxslər Tulon həbsxanasını avtomat silahlarla atəşə tutub, həmçinin ölkə boyunca digər həbsxanaların yaxınlığındakı avtomobilləri yandırıb, işçi heyətinə hədə-qorxu gəliblər. Hələlik hücumların bir-biri ilə əlaqəli olub-olmadığı və kim tərəfindən həyata keçirildiyi məlum deyil.

Fransanın ədliyyə naziri Jerald Darmanen həbsxanalarda təhlükəsizliyin gücləndirilməsi üçün bir sıra tədbirlər təklif edib.

Daxili işlər naziri Bruno Retayo isə yerli prefektlərə, həmçinin polis və jandarmaya həbsxana heyətinin müdafiəsini dərhal gücləndirməyi tapşırdığını bildirib.

"Dövlətin reaksiyası amansız olmalıdır. Həbsxanalara və həbsxana işçilərinə hücum edənlər elə bu həbsxanalarda ciddi nəzarət altında qalmalıdırlar", - “X” hesabında yazıb.


SON XƏBƏRLƏR

15 Aprel 2025