Səna hava limanında uçuşlar bərpa edilib.
Bakıvaxtı.az bu barədə hava limanının direktoru Xalid əş-Şayif sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, 6 may tarixində İsrailin hava hücumu nəticəsində zədələnmiş hava limanı bərpa olunub və bu gün səhər saatlarında Birləşmiş Millətlər Təşkilatına (BMT) məxsus ilk təyyarə eniş edib.
Əş-Şayif əlavə edib ki, hava limanı tam şəkildə uçuşlara hazırdır və gün ərzində BMT-yə məxsus 10 təyyarənin eniş və qalxışı planlaşdırılır.
Qeyd edək ki, İsrail ordusu 6 mayda Səna şəhərinə hava zərbələri endirmiş və hava limanının tamamilə fəaliyyət göstərməz vəziyyətə düşdüyünü açıqlamışdı. Nəticədə BMT və humanitar yardım uçuşları da dayandırılmışdı. Hazırda həmin reyslər mərhələli şəkildə bərpa olunur.
Nuriyyə Musayeva