Rusiya və Ukrayna arasında İstanbulda aparılacaq danışıqlarda problemlərin olması istisna edilmir, lakin bu təmaslara şans vermək lazımdır.
Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Diplomatik Klubun iclasında bildirib.
"Danışıqlara şans vermək lazımdır, lakin hər şeyin problemsiz olacağına heç kim zəmanət vermir", - o qeyd edib.