• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Millimiz böyük hesabla məğlub oldu

İDMAN

15 Aprel 2025 | 22:38

Millimiz böyük hesabla məğlub oldu

Bu gün Azərbaycan millisi futzal üzrə Avro-2026-nın əsas mərhələsində son oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, qitə birinciliyinin final mərhələsində iştirakını təmin etmiş Xorvatiya ilə qarşılaşıb. Bakı İdman Sarayında keçiriləcək oyun millimizin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Görüşü Kiprdən olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, 5-ci qrupda Xorvatiya sonra 18 xalla liderdir. Yunanıstan və İsveç 7 xalla 2-ci və 3-cü yerləri bölüşürlər. Azərbaycan isə 2 xalla sonuncu - 4-cüdür. 

Yığmamız bunadək İsveçlə görüşlərdə 1 dəfə uduzub (3:4), 1 dəfə heç-heçə edib (3:3), Yunanıstanla matçlarda da 1 dəfə məğlub olub (2:3), 1 dəfə heç-heçə edib (2:2).


SON XƏBƏRLƏR

15 Aprel 2025