Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ı Türkiyə Kubokunu qazanması münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə lideri bununla bağlı “X” hesabında paylaşım edib.
“Qaziantepdə oynanılan final matçında qalib gələrək Türkiyə Kubokunun qalibi olan “Qalatasaray” futbol komandasını və bütün “Qalatasaray” tərəfdarlarını ürəkdən təbrik edirəm”, - Ərdoğan yazıb.
Qeyd edək ki, “Qalatasaray” 19-cu dəfə Türkiyə Kubokuna sahib çıxıb.