• Bakı 24° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Bruyne “Napoli” ilə müqavilə imzaladı

İDMAN

12 Iyun 2025 | 20:14

Bruyne “Napoli” ilə müqavilə imzaladı

İngiltərənin "Mançester Siti" klubundan ayrılan Kevin De Bruyne İtaliyanın "Napoli" komandasına keçib.

Bakıvaxtı.az Neapol təmsilçisinin rəsmi saytında istinadən xəbər verir ki, belçikalı futbolçu ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

İddiaya görə, tərəflər sonradan müqavilənin müddətini daha 1 il müddətinə artıra bilərlər.

Qeyd edək ki, Belçika millisinin də üzvü olan Kevin De Bruyne 2015-ci ildən çıxış etdiyi “Mançester Siti” ilə ümumilikdə 16 kubok qazanıb. O, ötən mövsüm “şəhərlilər”in heyətində 39 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə edib.


SON XƏBƏRLƏR