İngiltərənin “Çelsi” və Fransanın PSJ klubları arasında keçiriləcək FIFA Klublararası Dünya Çempionatının finalını İran əsilli avstraliyalı hakim Əlirza Fəqani idarə edəcək.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma ABŞ-da 13 iyul bazar günü, saat 22:30-da oynanılacaq.
Oyunun baş hakimi Əlirza Fəqaniyə yan hakimlər avstraliyalı Anton Şetinin və Eşli Biçem kömək edəcək.
Dördüncü hakim argentinalı Fakundo Tello olacaq.