• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

UEFA "Qarabağ"ın rəqibinə xəbərdarlıq edib

İDMAN

11 Avqust 2025 | 11:42

UEFA "Qarabağ"ın rəqibinə xəbərdarlıq edib

UEFA "Qarabağ" klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın "Şkendiya" klubuna xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, buna komandanın evdə Rumıniya təmsilçisi FCSB-yə qalib gəldiyi (1:0) II təsnifat mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.

Yerli azarkeşlər sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar. Ölkə çempionu bu səbəbdən xəbərdarlıq alıb. Bu hal növbəti dəfə təkrarlanacağı təqdirdə "Şkendiya" cərimələnəcək.

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsinin səfərdə baş tutan ilk görüşündə bir cavabsız qolla qələbə qazanıb. Cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026