• Bakı C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatına yollanıblar

İDMAN

09 Sentyabr 2025 | 15:03

Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatına yollanıblar

Çimərlik voleybolu üzrə 18 yaşadək qızlardan və oğlanlardan ibarət Azərbaycan milliləri Avropa çempionatında iştirak etmək üçün İtaliyaya yollanıblar. 

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Yığmalar bu gün yarışın keçiriləcəyi Corigliano Rossano şəhərinə yola düşüblər. 

Sentyabrın 11-14-ü aralığında baş tutacaq çempionatda ölkəmiz bir qız (Xədicə Hadızadə/Cəmilə Bəşirova) və bir oğlan (İbrahim Məmmədov/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.


SON XƏBƏRLƏR

24 Yanvar 2026