• Bakı 22° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Keçmiş UFC döyüşçüsü güllələnərək qətlə yetirildi

İDMAN

08 Oktyabr 2025 | 23:43 | Müəllif: Subhan Mahmudov

Keçmiş UFC döyüşçüsü güllələnərək qətlə yetirildi

33 yaşlı keçmiş UFC döyüşçüsü, avstraliyalı Suman Moxtaryan Sidneydə silahlı hücum nəticəsində öldürülüb.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə bu gün, oktyabrın 8-də şəhərin ətraf ərazilərindən birində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Moxtaryanın bir neçə güllə yarası aldığını aşkar ediblər. Həkimlərin səylərinə baxmayaraq, döyüşçünün həyatını xilas etmək mümkün olmayıb — o, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, bu, Moxtaryana qarşı ikinci silahlı hücum olub. 2024-cü ilin fevralında maskalanmış şəxs qida çatdırılması xidmətinin sürücüsü kimi təqdim olunaraq, idman zalının yaxınlığında ona bir neçə dəfə atəş açıb, lakin o vaxt döyüşçü sağ qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026