• Bakı 15° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

İslam oyunları: Azərbaycan idmançıları paraddan keçdi - YENİLƏNİB

İDMAN

07 Noyabr 2025 | 22:42

İslam oyunları: Azərbaycan idmançıları paraddan keçdi - YENİLƏNİB

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Əl-Cənadriyahda təşkil olunan tədbirdə əvvəlcə indiyədək yarışa ev sahibliyi etmiş ölkələrin adları böyük ekranda nümayiş etdirilib. Onların arasında 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi Azərbaycan da yer alıb.

Maraqlı rəqs və işıq şoularından sonra idmançıların rəsmi paradı olub. Azərbaycan nümayəndə heyəti paraddan birinci keçib. Paradda üçrəngli Bayrağımızı voleybolçu Nilufər Ağazadə və ağırlıqqaldıran Dadaş Dadaşbəyli daşıyıblar.

Daha sonra təşkilatçı ölkə Səudiyyə Ərəbistanının və yarışın bayraqları səhnəyə gətirilərək ucaldılıb və Oyunlar açıq elan edilib.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

*** 21:07

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Əl-Cənadriyahda keçirilən tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Qeyd edək ki, Azərbaycanı yarışda 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də baş tutacaq.


SON XƏBƏRLƏR

07 Noyabr 2025