• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Vinisius ultimatum verməyib

İDMAN

07 Dekabr 2025 | 11:37 | Müəllif: Əli Hüseynov

Vinisius ultimatum verməyib

İspaniyanın “Real Madrid” komandasının hücumçusu Vinisiusun Florentino Peresə guya Xabi Alonso ilə bağlı ultimatum verdiyi barədə yayılan məlumatların əsassız olduğu açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda məşhur insayder Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, futbolçu yalnız əsas heyətdə qalmaq və karyerasını “Real Madrid”də davam etdirmək istəyini bildirib, ultimatum məsələsi isə reallıqdan uzaqdır.

Romano, həmçinin vurğulayıb ki, yeni müqavilə ilə bağlı danışıqlar nə dayandırılıb, nə də pozulub. Tərəflər sadəcə prosesi daha uyğun zamana təxirə salıblar və müzakirələr təkcə maliyyə mövzuları ilə məhdudlaşmır, idmanla bağlı şərtlər də nəzərdən keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026