• Bakı C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Azərbaycanın güləş millisi baş məşqçisi ilə yollarını ayırıb

İDMAN

05 Yanvar 2026 | 20:23

Azərbaycanın güləş millisi baş məşqçisi ilə yollarını ayırıb

Azərbaycanın yunan-Roma güləşi üzrə millisi baş məşqçi Aleksandr Tarakanovla yollarını ayırıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Bakıvaxtı.az-a verilən məlumata görə, tərəflər arasında əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb.

AGF rusiyalı mütəxəssisə Azərbaycan güləşinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.


SON XƏBƏRLƏR

06 Yanvar 2026