• Bakı 20° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

"Mançester Siti" gənc futbolçusunu icarəyə verdi

İDMAN

03 Fevral 2026 | 18:43 | Müəllif: Subhan Mahmudov

"Mançester Siti" gənc futbolçusunu icarəyə verdi

İngiltərə çempionu "Mançester Siti" gənc futbolçusu ilə yollarını müvəqqəti ayırıb.

Bakıvaxtı.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, "şəhərlilər"in 18 yaşlı yarımmüdafiəçisi Divayn Mukasa mövsümün sonuna qədər "Lester"ə icarəyə verilib.

Qeyd edək ki, Mukasa "Mançester Siti"nin əsas heyətində 2025-ci ilin sentyabrında debüt edib və kubok matçında fərqlənib. O, əsas komandada ümumilikdə 6 oyuna çıxıb və 1 qol vurub.

Xatırladaq ki, yarımmüdafiəçi həmçinin UEFA Gənclər Liqasında 4 oyuna 4 qol, əvəzedici heyətdə isə 9 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026