• Bakı C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

"Borussiya"nın futbolçusu bu kluba keçdi - RƏSMİ

İDMAN

05 Yanvar 2026 | 18:32

Borussiyanın futbolçusu bu kluba keçdi - RƏSMİ

"Hoffenhaym" digər Bundesliqa klubu "Borussiya"nın (Dortmund) hücumçusu Koul Kempbelli icarəyə götürüb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı "ağ-mavilər"in mətbuat xidməti məlumat yayıb.

19 yaşlı amerikalı cari mövsümün sonunadək "Hoffenhaym"in uğurları üçün çalışacaq.

"Transfermarkt" portalı bu keçidin eyniadlı şəhərin təmsilçisinə 1,5 milyon avroya başa gəldiyini bildirib.

Qeyd edək ki, Kempbell "Borussiya"nın gənclərdən ibarət komandasında 35 matça çıxaraq 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. O, əsas komandada 7 görüşdə iş başında olub


SON XƏBƏRLƏR

06 Yanvar 2026