q
  • Bakı 12° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

"Qonaq" və "usta" oğruluq etdi

CƏMİYYƏT

04 May 2026 | 16:44

Qonaq və usta oğruluq etdi

Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən 1 000 manat dəyərində qızıl-zinət əşyası və nağd pul vəsaiti naməlum şəraitdə talanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlə 24 yaşlı M.Abbasov qeyd olunan əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.

Araşdırmalarla onun qonaq getdiyi qohumun evində zərərçəkənin diqqətinin yayınmasından sui-istifadə edərək oğurluq əməlini törətdiyi məlum olub.

Nərimanov rayonunda isə evlərin birindən 3 060 manat oğurlamaqda şübhəli bilinən 34 yaşlı Ə.Əzizi də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, usta kimi çalışdığı evdən pul vəsaitini talayıb.

Faktlarla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR