• Bakı 19° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

Bu çimərliklərə getməyin - XƏBƏRDARLIQ

CƏMİYYƏT

03 Iyun 2026 | 14:24

Bu çimərliklərə getməyin - XƏBƏRDARLIQ

“Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar hər il olduğu kimi bu ildə zəruri təhlükəsizlik tədbiri görülüb. Cari ilin aprel ayından etibarən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sahilboyu ərazilərdə yerli icra nümayəndələrinin iştirakı ilə birlikdə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız, təhlükəli sahələrin müəyyən edilməsi, eyni zamanda çimərlik operatorlarına təhlüksəizlik qaydaları barədə təlimatların təqdim edilməsi olub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili deyib.

O bildirib ki, bundan əlavə, xidmətin nəzarət etdiyi çimərliklərdə, habelə IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr və sualtı təmizləmə işləri aparılıb:

“Dənizdə üzmə sərhədini müəyyən edən nişanlar quraşdırılıb. Çimərliklərdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün lövhələr yerləşdirilib. Eyni zamanda xidmətdə matros xilasedici vəzifələrinə vakant elan edilib. Xidmətin balansında olan xilasetmə vasitələri, o cümlədən dalğıc-axtarış işlərində istifadə edilməsi üçün nəzərdə tutulan avadanlıqlar işlək vəziyyətə gətirilib. Xidmət əməkdaşları may ayının 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir”.


SON XƏBƏRLƏR

02 Iyun 2026