• Bakı 19° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

 Bu məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

CƏMİYYƏT

03 Iyun 2026 | 14:32

 Bu məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

İyunun 5-i saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Həmin tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.


SON XƏBƏRLƏR

02 Iyun 2026