Fransanın "Monako" klubunun vingeri Manes Akliuş karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Bakıvaxtı.az-ın "TEAMtalk"a istinadən məlumatına görə, "Tottenhem" 23 yaşlı oyunçunu transfer etməkdə maraqlıdır.
Fransa klubunun bu transfer üçün 57 milyon avro tələb edəcəyi bildirilir. Futbolçunun Monako komandası ilə müqaviləsinin müddəti 2028-ci ilədək nəzərdə tutulub.
Qeyd edək ki, M.Akliuş ötən ilin sonunda bütün turnirlərdə meydana çıxdığı 23 oyunda 3 qola, 5 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" oyunçunun dəyərini 45 milyon avro qiymətləndirir.
Bakı 




