• Bakı C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Premyer Liqa: "Karvan-Yevlax" bu gün "Şamaxı"nı qəbul edəcək

İDMAN

07 Dekabr 2025 | 09:41

Premyer Liqa: Karvan-Yevlax bu gün Şamaxını qəbul edəcək

Bu gün Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Karvan-Yevlax" "Şamaxı" ilə üz-üzə gələcək.

Matç Yevlax şəhər stadionunda, saat 14:00-da start götürəcək.

Şamaxı kollektivi 14 xalla turnir cədvəlinin doqquzuncu sırasında qərarlaşıb. 5 xalı olan yevlaxlılar isə sonuncu - on ikincidirlər.

Tərəflər arasında ilk dövrədə keçirilən matçda "Şamaxı" 3:0 hesablı qələbə qazanmışdı.

Misli Premyer Liqası

II dövrə, XIV tur

7 dekabr

14:00. "Karvan-Yevlax" – "Şamaxı"

Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.

VAR: Rəşad Əhmədov.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Yevlax şəhər stadionu

Qeyd edək ki, turun açılış görüşündə "Zirə" "Qarabağ"la bərabərə qalıb - 1:1. Tura dekabrın 9-da yekun vurulacaq.


SON XƏBƏRLƏR

06 Dekabr 2025