“Barselona”nın gənc ulduzu Lamin Yamalın atası La Liqada “Real Betis”lə oyunda tribunalarda ev sahibi azarkeşləri təhrik etməkdə ittiham olunub.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma “Barselona”nın dramatik qələbəsi ilə yadda qalıb.
Tribunada isə Yamalın atasının “Real Betis” azarkeşləri ilə gərgin vəziyyətə düşdüyü bildirilir. “Carrusel Deportivo”nun məlumatına görə, o, ətrafındakı ev sahibi azarkeşlərə doğru təhrikedici jestlər edib. Bu da azarkeşlərin narazılığına və qarşılıqlı söz atışmasına səbəb olub. Stadionun təhlükəsizlik əməkdaşı müdaxilə edərək Yamalın atasını sakitləşdirməyə çalışıb.
Digər tərəfdən, Lamin Yamal noyabr ayı üzrə La Liqanın ən yaxşı oyunçusu seçilib. O, bu ay ərzində “Elçe”, “Selta Viqo” və “Deportivo Alaves”lə oyunlarda qol vurub, “Atletik”lə matçda isə iki məhsuldar ötürmə edib. 18 yaşlı futbolçu noyabrı 3 qol və 3 assistlə başa vuraraq ümumi assist sayını 8-ə çatdırıb və səsvermədə Kilian Mbappe ilə Antuan Qrizmannı qabaqlayıb.
Bakı 



