• Bakı C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

İDMAN

06 Yanvar 2026 | 12:09

“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

Yanvarın 28-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin səkkizinci turu çərçivəsində keçiriləcək “Liverpul” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, ən ucuz biletin qiyməti 9 funt sterlinq (təxminən 21 manat) təşkil edir.

Biletlərin qiymətləri 61 funt sterlinqə (təxminən 140 AZN) qədərdir.

Son satış tarixi yanvarın 7-si olaraq müəyyən edilib.

Qeyd edək ki, 61 min azarkeş tutumuna malik “Enfild” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


SON XƏBƏRLƏR