• Bakı C

    9.08 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Ronaldo "Əl-Nəsr"i HƏDƏLƏDİ

İDMAN

05 Fevral 2026 | 00:31

Ronaldo Əl-Nəsri HƏDƏLƏDİ

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kristiano Ronaldo ətrafında gərginlik səngimir.

Bakıvaxtı.az xəbər verir ki, portuqaliyalı superulduz 2026-cı il Dünya Çempionatından sonra klubu tərk edəcəyi ilə bağlı rəhbərliyi hədələyib.

Məlumata görə, 40 yaşlı hücumçu məşqlərini adi qaydada davam etdirsə də, onun növbəti oyunda meydana çıxması gözlənilmir. Bu fonda Ronaldonun fevralın 6-da "Əl-İttihad"a qarşı keçiriləcək prinsipial matçı buraxacağı ehtimal olunur.

Xatırladaq ki, 2023-cü ilin yanvarından "Əl-Nəsr"in şərəfini qoruyan futbolçunun müqaviləsi 2027-ci ilin iyununda başa çatır./Qol.az


SON XƏBƏRLƏR

04 Fevral 2026